Yevlaxda iki minik avtomobili toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Tanrıqullar kəndi yaxınlığından keçən magistral yolda baş verib. "Mersedes" və "Kia" markalı minik maşınlarının toqquşması nəticəsində ikisi Bakı sakini olmaqla 4 nəfər yaralanıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü paytaxt sakini Ramiq Şaqavatov, onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Ülviyə Şaqavatova, həmçinin  1982-ci il təvəllüdlü Vüsal Hüseynov və 1987-ci il təvəllüdlü Tural Əliyev xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov