Kolumbiyanın turistik şəhəri Santa Fe de Antioquia çölündə silahla vurulmuş 7 cəsəd tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis qrupları 7 nəfərin güllələnərək öldürüldüyünü bildirib.
İşgəncə izləri olan meyitlər ekspertiza üçün məhkəmə-tibb mərkəzinə aparılıb.
Şəxslərin kim və ya kimlər tərəfindən öldürüldüyü hələlik məlum deyil.