Kuba inqilabının lideri, keçmiş prezident Fidel Kastronun bacısı Xuanita Kastro 90 yaşında Mayamidə vəfat edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bir müddət Mayamidə xəstəxanada müalicə alan Kastro 90 yaşında dünyasını dəyişib. Ailə üzvlərinin verdiyi açıqlamada Xuanita Kastronun təbii səbəblərdən dünyasını dəyişdiyi və dəfn mərasiminin ailə arasında keçiriləcəyi bildirilib.

Kuba inqilabı ilə bağlı qardaşları Fidel və Raul ilə fikir ayrılığı yaşayan Kastro 1964-cü ildə ölkəsini tərk edərək ABŞ-nin Mayami şəhərində məskunlaşıb. 

“Donna” təxəllüsü ilə ABŞ məxfi xidməti MKİ ilə əməkdaşlıq edən Kastro Kuba inqilabının lideri Fidel Kastro və Raul Kastronun administrasiyasını “açıq şəkildə” pisləyib. 

Gülayə Mecid