"Xəzər dənizi ilə bağlı istənilən qərar bütün beş sahilyanı ölkə arasında konsensus fonunda qəbul edilməlidir".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Çərşənbə axşamı Moskvada keçirilən beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin görüşündə baş iranlı diplomat deyib ki, İran, Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistan Xəzərlə bağlı hər bir qərarla bağlı konsensusa nail olmalıdırlar.
Beş sahilyanı dövlət arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayan Əmir Abdullahian Xəzər dənizinin onun ətrafında yaşayan 250 milyon insanın dostluğun mərkəzi və bərəkət mənbəyi olduğunu bildirib.
"Xəzər regionunda təhlükəsizlik ayrılmazdır və hamımız buna cavabdehik", - o əlavə edib.