Sentyabr ayında Ermənistanda hökumətyönlü kanallardan birində "Vaqner" qruplaşmasının 12 minə qədər üzvünün olması barədə məlumat yayılıb.
"Unikal" xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti hələ də ölkəyə çoxlu sayda “Vaqnerçilər”in gəlməsi ilə bağlı xəbərləri yoxlayır.
Sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, teleqram kanallarında "Vaqner" üzvlərinin peyda olması ilə bağlı məlumatlar çıxıb və
MTN öz səlahiyyətləri çərçivəsində dərc edilmiş məlumatı yoxlayır.
Paşinyan Ermənistanda "Vaqner" döyüşçülərinin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Ermənistan Milli Təhlükəsizlik Xidmətində yoxlama tədbirləri hələ də davam edir”, - deyə idarədən bildiriblər.
Qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər öncəsi Ermənistanda “Vaqner” döyüşçülərinin olması ilə bağlı şayiələri hökumətyönlü sosial səhifələrdən biri başlayıb.
Əvvəlcə onların sayının üç min nəfər, sonra isə 12 min nəfər olduğu bildirilirdi.
Məlumata görə, onlar “çevriliş etməli və baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmalı idilər”.