"Müharibədən sonra Qəzzada Fələstin hakimiyyəti olmayacaq, əslində Fələstin hakimiyyəti ümumiyyətlə olmayacaq"

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, Qəzzaya edilən hücumlardan sonra orada Fələstin hakimiyyətinin olmasını istəmədiklərini bildirib.

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, Netanyahu Qəzzaya hücumlardan sonra İsrailin planları barədə ABŞ tərəfini məlumatlandırıb.

Fələstin hakimiyyətini Qəzza administrasiyasından azad etməyi planlaşdıran Netanyahu bu həftə keçirilən toplantıda rəhbərlik etdiyi Likud Partiyasının üzvlərinə “Qəzzada müharibədən sonrakı Fələstin administrasiyasına hər hansı nəzarətə qarşı olduğunu” deyib.

Qəzzəyə edilən hücumlardan sonra orada Fələstin hakimiyyətinin olmayacağı mesajını ABŞ rəhbərliyinə çatdıran Netanyahu, "Müharibədən sonra Qəzzada yenidən Fələstin hakimiyyəti olmayacaq, əslində Fələstin hakimiyyəti ümumiyyətlə olmayacaq" deyib.

ABŞ rəhbərliyi isə İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın gələcəyi və orada kimin məsul olacağı ilə bağlı qarışıq siqnallar verir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi dünən verdiyi açıqlamada, İsrailin hücumları sona çatdıqda hazırkı “Fələstin Administrasiyasının” Qəzzanı idarə edəcək etibarlılığının olmadığını müdafiə edərək, “Qəzzada idarə nə olursa olsun, o, Fələstin xalqının tələblərinə cavab verməlidir.” və hazırda Fələstin Administrasiyasının bu etibarı yoxdur”. ifadəsini işlətmişdi.

İsrailin baş naziri Netanyahu daha əvvəl də Qəzzanın işğalı sona çatdıqda " Fələstin rəhbərliyinin Qəzzaya qayıtmasına icazə verməyi planlaşdırmır" açıqlamalarını vermişdi.