"Tehran-Bakı əlaqələri düzgün istiqamətdədir"
"Unikal" xəbər verir ki, Moskvada səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Azərbaycanla əlaqələri haqda danışb:
"İki ölkənin prezidentlərinin bu yaxınlarda keçirilən görüşündə münasibətlərin hərtərəfli inkişafı üçün çox müsbət razılaşma əldə olunub. İqtisadiyyat sektorunda, dəhlizlərin açılması, ticarət sahəsində əməkdaşlıq, iki ölkə arasında yarımçıq qalmış layihələrin icrası ilə bağlı da müsbət razılaşmalar əldə etmişik".
Abdullahiyan əlavə edib:
"Ötən ildən etibarən layihələrin tamamlanması üçün praktik fəaliyyətə başlanılıb və iki ölkə prezidentləri də bunun ən qısa vaxtda həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Ona görə də, iki ölkə arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir".