İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi dekabrın sonunda Moskvadakı missiyasını başa vuracaq və təqaüdə çıxacaq.
"Unikal" xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında bildirib.
"Mən dekabrın sonunda Moskvadakı missiyamı başa vurub təqaüdə çıxıram. Məni Simona Halperin əvəz edəcək. O, mənim missiyam başa çatdıqdan sonrakı gün işinə başlayacaq”, - deyə Ben Tsvi qeyd edib.
Nuranə Abbasova