Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentini Essequibo çayının qərbində yeni Venesuela dövləti yaratmaqla bağlı üzvi qanun qəbul etməyə çağırıb.
"Unikal" xəbər verir ki, prezidentin fikrincə bu, Qayana ilə mübahisəli Qayana-Essekvibo ərazisini qorumaq üçün kömək edəcək.
"Bu qanunun məqsədi Venesuelanın 24-cü ştatı olan Qayana-Essekibo ştatının yaradılması qərarını həyata keçirməkdir", - deyə qeyd olunub.
Maduro həmçinin Essequibo şəhərinin bütün əhalisi üçün sosial yardım planının, siyahıyaalmanın, şəxsiyyət vəsiqələrinin verilməsinə başlandığını elan edib.
Ağarza Elçinoğlu