Sankt-Peterburqda "qanuni oğru" İka Qalski kimi tanınan İrakli Buliskeriya saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Buliskeriya saxlanılaraq İstintaq Komitəsinin Sankt-Peterburqun Admiralteyski rayonu üzrə İstintaq İdarəsinə aparılıb. Məlumata görə, 41 yaşlı "qanuni oğru" əməliyyatçılar tərəfindən saxlanılıb. Onun həbsi 2023-cü ilin fevralında Şimali paytaxtdakı hotellərdən birində baş verən atışma ilə kütləvi dava ilə bağlıdır.
Gülayə Mecid