İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən “Silahlı Mütəşəkkil Cinayətkarlıq Təşkilatı”nın rəhbəri Şaun Monaqan İstanbulda yaxalanıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində məlumat yayıb. 

"İngiltərənin Şimal-Şərqi bölgəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan "Silahlı Mütəşəkkil Cinayətkarlıq Təşkilatı"nın lideri İnterpolun Qırmızı Bildirişi ilə axtarılan Şaun MONAQAN İstanbulda keçirilən "CAGE -16" əməliyyatı ilə ələ keçirilib", - nazir qeyd edib.