3 illik strateji planın icra müddətinin yekunlaşması ilə ASC “Xalq” Bankının İdarə Heyətinin yeni müddətə tərkibi təsdiq edilib.
"Unikal" xəbər verir ki, 2004-cü ildə təsis edilmiş ASC “Xalq” Bankı ölkənin sistem əhəmiyyətli banklarından biridir.
Hazırda Bank əsas maliyyə göstəriciləri üzrə, o cümlədən aktivlər, kredit və depozit portfeli, kapitalının həcminə görə ölkənin ən böyük bankları arasındadır. Bankın İdarə Heyəti tərəfindən 3 illik strategiya planı uğurla icra olunmuş, yüksək nəaliyyətlər əldə edilmiş və planda qarşıya qoyulmuş bütün hədəflərə nail olunmuşdur. Yüksək nəticələr məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişaf etdirilməsi sayəsində əldə edilmişdir.
Bankın yeni tərkibdə İdarə Heyəti 2024-2026-cı illər üçün hazırlanmış strateji inkişaf planına uyğun fəaliyyət göstərəcək. Yeni strategiya bazar mövqeyini gücləndirmək, dayanıqlı inkişaf və artım, sağlam maliyyə vəziyyəti və yüksək əməliyyat gəlirliliyinin təmin edilməsinə əsaslanır. Növbəti mərhələdə də Bank öz fəaliyyətində müştərilərə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur.