Rusiya Xarici İşlər Nazirliyi departament rəhbəri Sergey Lavrovun "iPhone"u başqa smartfona dəyişdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Bildirilir ki, Rusiya XİN rəhbəri çoxdan "Apple" telefonundan imtina edib, onu “başqa istehsalçının cihazı ilə” əvəzləyib. 

Bundan əvvəl rus "Telegram" kanalları Lavrovun "Huawei P60 Pro" smartfonundan istifadə etdiyini açıqlamışdı. Xatırladaq ki, Rusiyanın bir sıra təşkilat və idarələrində "iPhone" telefonlarının iş məqsədləri üçün istifadəsinə qadağa qoyulub. 

Gülayə Mecid