Qırğızıstan prezidenti Sadır Japarov ad günündə ona hədiyyə verməyi qadağan edib.

"Unikal" xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.

“Prezident hamımıza hər hansı hədiyyələr, təqdimatlar və ya təriflər etməyi qadağan edib. O,  fövqəladə təvazökar insandır. Üç il ərzində Japarov sübut etdi ki, xalqımız onu prezident seçməkdə yanılmayıb. Prezident kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər, amma biz hamımız ona uğurlar arzulamalıyıq, çünki onun uğuru bütün xalqın və dövlətin uğurudur”, - deyə Baysalov qeyd edib. 

Japarov 2021-ci ilin yanvarında Qırğızıstan prezidenti olub.

Gülayə Mecid