Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

KİV Hüseyn Axundovun cəzasının artırıldığını bildirib: "Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilib, birinci instansiyanın hökmü qismən ləğv edilib və Axundov barəsində ömürlük həbs cəzası verilib".

Ağarza Elçinoğlu