Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Rusiya lideri orada BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayacaq, daha sonra liderlər təkbətək ünsiyyətlərini davam etdirəcəklər.

Əbu-Dabidəki iş proqramının sonunda Putin Ər-Riyada gedəcək. Orada onun vəliəhd şahzadə, Səudiyyə Ərəbistanı Krallığının Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparması planlaşdırılır.

Putin sonuncu dəfə 2019-cu ilin oktyabrında Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olub.