İtaliya Çinin “Bir kəmər, bir yol” proqramından çıxmaq qərarına gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" İtaliya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Baş nazir Giorgia Meloni son bir neçə ay ərzində Çinin təşəbbüsündən çəkilmək planlarını dəfələrlə açıqlayıb.

Bundan əvvəl İtaliyanın müdafiə naziri Guido Crosetto da bildirmişdi ki, Roma Pekinlə münasibətləri pozmadan layihədən çıxmaq niyyətindədir.

Ağarza Elçinoğlu