Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub.

"Unikal" trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə yolu keçmək istəyən Ağdam rayon sakini Asəf Verdiyevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asəf Verdiyev hadisə yerindəcə həyatını itirib.