Almaniyanın Frankfurt, Mannheim, Darmsadt və Offenbach şəhərlərində mərmi şirkətlər quraraq saxta hesab-fakturalarla 45 milyon avro (təxminən 82 milyon AZN) toplayan Orhan Ünal adlı türk axtarışa verilib.
"Unikal" xəbər verir ki, alman polisi Ünalın pulla Türkiyəyə qaçmasından şübhələnir.
Bildirilib ki, 44 yaşlı Ünal 2015-2019-cu illər arasında 41nəfərin adına şirkətlər açıb, bu yerlərdə baş müdir vəzifəsində çalışıb və bütün işlərə nəzarət edib. Lakin illər ərzində o, heç bir vergini ödəməyib. Nəticədə topladığı pulla yoxa çıxıb. Alman polisi və İnterpol türkün axtarışlarına başlayıb.