Siyasi ianə qalmaqalı Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) rəhbəri, baş nazir Fumio Kişidanın istefasına səbəb ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, qalmaqal biznes nümayəndələrinin 20 000 yen (təxminən 136 dollar) dəyərində bilet aldıqları qəbullar və axşamlar vasitəsilə toplanan vəsaitə görə baş verib.
Onların sayına görə kvota müəyyən edilib və məbləğlərin LDP-dən olan deputatlara ötürülməsi nəzərdə tutulub. Lakin bu, maliyyə hesabatlarında öz əksini tapmayıb. Beləliklə, güman edilir ki, bu pullar məxfi vəsait kimi və ya hakimiyyətə pul kimi istifadə oluna bilərdi. Yaponiya mətbuatının məlumatına görə, hazırda Tokio prokurorluğu məsələni araşdırır.
Kişida dekabrın 6-da LDP liderlərinə siyasi maliyyə qalmaqalından sonra vəsait toplayan partiyalar keçirməkdən çəkinməyi əmr edib, lakin onun hakim partiyaya ictimai etimadı bərpa etmək üçün fraksiyasını tərk etməsi ilə bağlı çağırışlar artır.
Gülayə Mecid