Seyşel adalarında partlayıcı maddələr anbarında güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Partlayış nəticəsində azı 100 nəfər xəsarət alıb, binalar dağılıb və əsas Mahe adasındakı sənaye zonasına böyük ziyan dəyib. Seyşel adaları Respublikasının prezidenti ölkədə fövqəladə vəziyyət elan edib.
Prezident aparatının məlumatına görə, fövqəladə vəziyyətin elan edilməsi qərarı həm partlayışın vurduğu böyük ziyan, həm də ciddi dağıntılara səbəb olan daşqınlar səbəbindən qəbul edilib: "Hər kəsdən evdə qalmasını xahiş edirik. Bütün məktəblər bağlanacaq. Yalnız əsas xidmət işçilərinin və səyahət edənlərin sərbəst gediş-gəlişinə icazə veriləcək".
Ağarza Elçinoğlu