"Gürcüstan prezidenti Salome Zurabişvili avqust-sentyabr aylarında istefa verəcək".
"Unikal" xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze deyib.
“Prezidentin istefaya getməsi ehtimalı yüksəkdir, faktiki olaraq o, vaxtında Qaxariya uzaqlaşdırıldığı kimi vəzifəsindən uzaqlaşdırılacaq. Çox güman ki, bu, avqust-sentyabr aylarında baş verə bilər. Əslində, Salome Zurabişviliyə iki şeyə görə ehtiyac ola bilər - biri prezident postunda seçkidən sonrakı müxalifət kampaniyasını dəstəkləmək, saxtakarlıqla bağlı və s.
Müxalifətin seçkilərdən sonra kampaniyanı nə üzərində quracağını hamımız əvvəlcədən bilirik. Radikal müxalifətin bu işdə Salome Zurabişvilinin dəstəyinə ehtiyacı ola bilər. Bunun üçün onların prezident postuna ehtiyacı var, lakin Salome Zurabişvili parlament seçkilərində iştirak etmək üçün avqust, sentyabrda prezident vəzifəsindən istefa verə bilər”, - İrakli Kobaxidze deyib.