Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən 16 000 manat və 2 000 ABŞ dolları oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.