Səudiyyə Ərəbistanının vəliəhdi Vladimir Putinlə görüşmək üçün Londona səfərini təxirə salıb.

"Unikal" xəbər verir ki, Məhəmməd bin Salman Əl Səudun Böyük Britaniyaya səfərinin mümkün tarixi dekabrın 3-ü olub.

Lakin "Financial Times" Britaniya hökumətindəki mənbələrə istinadən qeyd edir ki, səfər keçən həftə ləğv edilib. Səudiyyə Ərəbistanı bildirib ki, səfər planlaşdırma məsələlərinə görə təxirə salınıb və vəliəhdin Vladimir Putini Ər-Riyadda qəbul etməsi ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Rusiya lideri dekabrın 6-da Səudiyyə Ərəbistanına səfər edib. Danışıqlar zamanı tərəflər enerji, turizm, eləcə də antiterror fəaliyyətlərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.