Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir. 

"Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib", - mətndə deyilir.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir.

Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK, Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.

Bundan əvvəl Paris İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı.