"Miloşeviç mühakimə olunduğu kimi, Netanyahu və əlaltılarının da eyni şəkildə mühakimə olunacağına və mühakimə ediləcəyinə inanıram".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT World Forumunda çıxışında deyib. O bildirib ki, onlar cinayətkardırlar, terrorçudurlar və mütləq Haaqa Məhkəməsində mühakimə olunacaqlar.

"Biz bu məsələni təqib edirik. İnanıram ki, Miloşeviç mühakimə olunduğu kimi, Netanyahu və onun əlaltıları da eyni şəkildə mühakimə olunacaqlar. (Slobodan Miloşeviç Xorvatiya, Bosniya və Kosovoda törətdiyi hərbi cinayətlərə görə mühakimə olunub.)

Amerika və Avropa ölkələrindəki idarələr əslində ən böyük zərəri Fələstin xalqının və Qəzzada məzlumların yalvarışlarına qulaq asmamaqla özlərinə edir. Onlar dəyər verdikləri rifah sistemini kökündən sarsıdacaq bir sınaqdan keçdiklərinin fərqində deyillər. Türkiyə olaraq təhlükəni görür və açıq şəkildə ifadə edirik. Biz həqiqəti hayqırmaqdan əl çəkməyəcəyik. Bu anlayışla həm xəbərdarlıq etmək, həm də məzlumun yanında olmaq vəzifəmizi yerinə yetirməyə çalışırıq. Biz kommunikasiya dəhlizini davam etdirəcəyik. Biz cənab Quterreşin məktubunu yüksək qiymətləndirir və onu təbrik edirik"- deyə Ərdoğan bildirib.