Rusiya prezidenti Vladimir Putin “dünya həyatında tektonik dəyişikliklərə rəhbərlik edib”.
"Unikal"
xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Putinin namizəd olmağa razılıq verməsi həqiqətən dünya xəbəridir. Dünyada baş verənlərə baxın, əslində Rusiya və Rusiyanın başında duran Putin qlobal həyatın bütün sahələrində, istər dünya siyasətində, istərsə də dünya iqtisadiyyatında tektonik dəyişikliklər, tektonik sürüşmələr prosesinə rəhbərlik ediblər... 
Bu proseslər başlayıb və onlar dönməzdirlər. Rusiya çox mühüm rol oynayır”, - Peskov bildirib.