Asim Mollazadə prezidentin fikirlərini dəstəklədi
"Xocalıda hərbi cinayət törədənlər beynəlxalq tribunala cəlb olunmalı və onların əməllərinə hüquqi qiymət verilməlidir".
Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səsləndirib. Avronest PA-nın Bakıda keçirilən toplantısında ermənilərin Qarabağla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirərkən, millət vəkili, Azərbaycan prezidentinin erməni faşizmi barədə səsləndirdiyi fikrə şərik olduğunu, Xocalı cinayətlərinin beynəlxalq səviyyədə qiymət almasına nail olmağın vacibliyini ifadə edib: "Bizim məhkəmə-hüquq sistemi bu istiqamətdə çalışmalıdır. Dünyaya bu məsələ haqqında ciddi müraciət etməliyik. Xocalı qətliamı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün Avropa parlamentlərinə üz tutmalıyıq".
A. Mollazadə çıxışında Azərbaycanda təhsil qanunvericiliyi bazasının möhkəmləndirilməsi zərurətinə də toxunub. O bildirib ki, parlamentin iş planına ali təhsil, orta təhsil və peşə təhsili ilə bağlı qanunların qəbulu daxil edilib. Lakin bu qanunlar hələ də qəbul olunmayıb. "Parlament Azərbaycanın təhsil sisteminin islahatlarının hüquqi bazasını indiyə qədər yarada bilməyib. Biz bu qanunları təcili olaraq, təxirə salmadan parlamentin müzakirəsinə çıxarmalıyıq. Parlament qanunları qəbul etməlidir ki, təhsil sistemində islahatlar da bunun əsasında aparılsın" - deyə millət vəkili əlavə edib.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)