İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.

"Unikal" İran mətbuatına istinadla xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.

Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.

Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.