Futbol üzrə İspaniya çempionatının 16-cı turunun “Qranada” - “Atletik” matçı stadionda azarkeşin ölümünə görə dayandırılıb, daha sonra isə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə La Liqanın Mətbuat Xidməti məlumat yayıb.
Bazar günü olan görüş “Qranada” meydançasında başlayıb, lakin startdan yarım saat sonra tribunadakı azarkeşlərdən birinin ürək tutması səbəbindən yarımçıq qalıb. Həkimlər onu xilas edə bilməyiblər. Qarşılaşma dayandırılan vaxt “Atletik” 1:0 öndə olub.
“Qranada” - “Atletik” matçı azarkeşin stadionda faciəvi şəkildə həlak olması səbəbindən təxirə salınıb. Ailəsinə, dostlarına və bütün “Qranada” azarkeşlərinə başsağlığı veririk. Oyunun bərpa olunma tarixi və vaxtı yaxın vaxtlarda açıqlanacaq”, - deyə La Liqadan verilən açıqlamada bildirilib.