İndiyədək ölkə ərazisində 94 min 818 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
"Unikal" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki,cari ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.
Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.