Əfqanıstanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 890 km cənub-qərbdə yerləşib. Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.