"Atletiko"nun baş direktoru Miqel Anhel Gil Marin və prezidenti Enrike Serezo klubu satışa çıxarıblar.
"Unikal" xəbər verir ki, bu barədə "La Sexta" məlumat yayıb. Sözügedən şəxslər "Atletiko"nun səhmlərinin 65 faizinə sahibdirlər.
Klubun satışı üçün artıq ilk təmaslar olub. Madrid təmsilçisini almaq istəyənlər arasında ABŞ-lı iş adamı, "Mayami Dolfins" (Amerika futbolu) komandasının sahibi Stiven Ross da var.
Qeyd edək ki, hazırda "Atletiko" İspaniya çempionatının turnir cədvəlində 34 xalla 4-cü yerdədir. Komanda növbəti turda “Atletik” ilə qarşılaşacaq. Matç dekabrın 16-da keçiriləcək.