Rusiya ordusunun uzunmüddətli restrukturizasiya və genişlənmə səyləri Rusiyanı NATO-ya qarşı gələcək genişmiqyaslı müharibəyə hazırlamaq məqsədi daşıyır.
"Unikal" xəbər verir ki, bu barədə Müharibələrin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.
"Rusiyanın Ukrayna və Şərqi Avropadan kənar ərazilərə dəyərli dəniz resursları yerləşdirməsi, yəqin ki, bir çox regionlarda alyans və müttəfiqlər üçün təhlükə yaratmaq məqsədi daşıyır", - ekspertlər hesab ediblər.