Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Halil bəy, həqiqətən çox təəssüflənirik. Allah şəfa versin. Belə hadisənin olması bizi ciddi mənada narahat etdi. Rizəli kimi mən çox üzüldüm. Çünki Rizə matçında belə bir şeyin olması bizi təəssüfləndirdi. Ədliyyə Naziri, Daxili İşlər Nazirinə və digər dostlarımıza dedim ki, nə lazımdırsa, etsinlər", - deyə Ərdoğan bildirib.
Ərdoğan H.U.Melerdən sağlıq durumu ilə bağlı məlumat da alıb.