Ötən gün "Rizəspor"la keçirilən oyunda baş hakim Halil Umut Meleri yumruqla vuran "Ankaragücü"nün prezidenti Faruk Koca istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Farik Koca hərəkərtnə görə üzr istəyib:
“Halil Umut Melerə qarşı etdiyimə görə ondan və ailəsindən, türk hakim camiyəsindən, idman ictimaiyyətindən və millətimizdən üzr istəyirəm”.
Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün həbs olunub.