Misir Qəzza zolağına daxil olan gündəlik yanacaq miqdarının 129 min litrdən 189 min litrə qaldırıldığı açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Misir rəhbərliyi məlumat yayıb. 

Misir kəşfiyyat xidmətinin rəhbəri Ziya Rəşvan məsələ ilə bağlı yazılı açıqlama verib. Rəşvan bəyan edib ki, ölkəsi İsrailin hücumları nəticəsində çətin humanitar şəraitdə Qəzzaya davamlı humanitar yardım çatdırmaq üçün səylərini davam etdirir: "İsrail tərəfi ilə əldə olunan razılaşmaya əsasən Qəzzaya daxil olan yanacağın gündəlik miqdarı 129 min litrdən 189 min litrə qaldırılıb".

Fidan Camal