“Barselona” və “Jirona” futbol klublarının oyunçularına suya qənaət etmək üçün stadionun soyunub-geyinmə otaqlarında və bazada duş almaq qadağan edilib.
"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, bu narahatlıqlar Kataloniya hökumətinin bölgədəki quraqlıq səbəbindən tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Məhdudiyyətlərə görə, oyunçular yalnız oyundan və ya evdə məşqdən sonra duş ala biləcəklər.
Qeyd edək ki, Kataloniyada başlayan quraqlıq artıq ötən əsrin ən dəhşətlisi hesab olunur.
Gülayə Mecid