İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat sahələri üzrə fakültələr açılacaq. Sonra ən yüksək səviyyədə təhsilə həsr olunmuş universitet yaradılacaq. O, təcrübəli müəllimləri işə götürəcək.

Mask tərəfindən qurulan "Tesla"nın qərargahı da Ostində yerləşir.

Ağarza Elçinoğlu