"Bu günlərdə Ermənistan hökumətində gərgin vəziyyət hökm sürür". 

"Unikal" xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. 

"Fakt budur ki, ilin sonunda bütün nazirliklər builki fəaliyyətinin yekunlarına yekun vurmalı və Nikol Paşinyan növbə ilə nazirliklərə baş çəkməlidir ki, nazirlər ona gördüyü işlər barədə hesabat təqdim etsinlər. İcra hakimiyyətindəki mənbələrimizin bildirdiyinə görə, nazirlər bundan narahatdırlar və Paşinyanın sınağından layiqincə keçmək və gələn il tutduqları vəzifələrlə birdən-birə vidalaşmamaq üçün düzəlişlər edir, nöqsanları düzəldir, sənədləşmə işləri ilə bağlı məsələləri həll edirlər”, - KİV yazıb. 

Gülayə Mecid