İordaniyalı hakerlər İsrail ordusunun rəsmi saytının ingilis dilində olan səhifəsini ələ keçiriblər. 

"Unikal" xəbər verir ki, hakerlərin kiberhücumundan sonra İsrail ordusunun saytına daxil olmaq mümkün olmayıb. Onlar saytda Qəzza xalqına dəstək mesajı dərc ediblər.

Saytda paylaşılan mesajda qeyd olunub: "Qəzzada xalqımıza qarşı olan qəddarlığınız sizə ölüm və müharibədən başqa bir şey gətirməyəcək. Bu, Qəzzada günahsız insanlarımızı öldürmənizə, barbarlığınıza və çirkin hərəkətlərinizə cavabdır. Müharibəmiz sonsuza qədər davam etsə belə, biz  sizi  ancaq ölüm və qorxuya salacağıq. Bu dava hər bir azad müsəlmanın davasıdır". 

Fidan Camal