BBC telekanalının aparıcısı canlı yayım zamanı ABŞ prezidenti Co Baydeni Ukrayna rəhbəri adlandırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı Ketrin Byaruanqanı Ukrayna lideri Volodimir Zelenskinin ABŞ-yə səfəri barədə danışarkən, “Ukrayna prezidenti Co Bayden ilə...", - deyib.
Lakin aparıcı səhvini tez anlayıb və sözlərini düzəldib.
Xatırladaq ki, dekabrın 11-də Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona rəsmi səfərə gəlib. O, ABŞ Konqresində çıxış edib, daha sonra amerikalı həmkarı Co Baydenlə görüşüb.
Gülayə Mecid