Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, dənizə çıxışı olmayan ölkələrin nazirlərinin görüşünün açılış mərasimində bildirib. 

"Əgər Azərbaycan bu prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır. Regional kommunikasiyaların açılması Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olacağı təqdirdə mümkün olacaq. Dünənki əsir mübadiləsi buna əyani sübut idi. Bədbinlik yaradan faktlar üzərində dayanmaq istəməzdim, amma ən azından dünənki hadisəni sıfır nöqtəsi kimi dəyərləndirmək olar. Bundan istifadə edərək deyə bilərik ki, gələcək xəbərlər daha çox sülhün imzalanmasına işarə olsun", - deyə baş nazir açıqlayıb. 

Ağarza Elçinoğlu