Bursa şəhərində Gülşah A. adlı qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  qadın maşının arxasına “Osman, cəhənnəmə gedə bilərsən” yazaraq diqqət çəkib.  

 İki uşaq anası olan 29 yaşlı Gülşah atdığı addımla sosial mediada gündəm olub.