“Qərbdə bir çox insanlar Rusiyanın hər şeyi düzgün etdiyinə inanır, bizim ənənəvi dəyərlərin müdafiəsində çoxlu tərəfdarlarımız var”

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

“Mən bilirəm ki, təkcə Almaniya şəhərlərində deyil, digər Avropa ölkələrinin və ABŞ-ın şəhərlərində də, dünyanın digər regionlarını demirəm, çoxları bizim hər şeyi düzgün etdiyimizə inanır”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya başqalarına qarışmadan öz milli maraqları uğrunda mübarizə aparmaqdan çəkinmir və bunu dəstəkləyir.
“Bizim dünyada ənənəvi dəyərlərimizi müdafiə edən çoxlu tərəfdarlarımız var”, - Rusiya prezidenti bildirib.
O, ABŞ-Rusiya münasibətlərindən də danışaraq qeyd edib ki, ABŞ-da daxili dəyişikliklər baş verəndə və başqalarına hörmət etməyə başlayanda münasibətlərin yaxşılaşması üçün əsaslı şərait yaranacaq.

"Müəyyən daxili dəyişikliklər baş verəndə, onlar başqa insanlara, başqa ölkələrə hörmət etməyə başlayanda, kompromislər tapmağa başlayanda, məsələləri sanksiyalar və hərbi əməliyyatlarla həll etməyəndə, tam hüquqlu münasibətlərin bərpası üçün əsaslı şərait yaranacaq”, - Putin qeyd edib.