İsraillə əlaqəli gəmilər Qırmızı dənizdə husilər tərəfindən hədəf alındıqdan sonra administrasiya limanlarına iş qrafiklərini internetdən gizlətməyi əmr edib. İsrail rəhbərliyi husilərin hücumlarına qarşı tədbir görüb.

"Unikal" xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik Şurası ölkə limanlarına gəmilərin gəliş-gedişləri ilə bağlı məlumatların internet saytlarından silinməsi üçün "təcili" göstəriş verib.

"Gələcəkdə bunun artıq nəzərə alınmalı problem olmadığı aydınlaşdıqda, əvvəlki vəziyyətə qayıtmaq mümkün olacaq", - şuranın göstərişində deyilir. 

İsrailin bu qərarı Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə Bab əl-Məndəb boğazından keçən İsrailə bağlı gəmiləri hədəf almasından sonra verilib.

Noyabr ayında husilər İsrailin blokada altındakı Qəzza zolağına hücumlarına cavab olaraq İsrail bayraqlı istənilən gəmini hədəf alacaqlarını açıqlamışdı.