Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini sabit saxlayıb
"Unikal" xəbər verir ki, ECB üç əsas siyasət faizini, yenidən maliyyələşdirmə dərəcəsini 4,50%, depozit faizini 4% və marjinal maliyyələşdirmə faizini 4,75% səviyyəsində saxlamaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl maliyyə analitiklərinin gözləntiləri faiz dərəcələrinin sabit qalması istiqamətində olub.