İngiltərə Premyer Liqasında ilk dəfə olaraq bir oyuna qadın baş hakim təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat turnirin saytında verilib. Dekabrın 23-də keçiriləcək “Fulhem” – “Bernli” matçını 40 yaşlı Rebekka Uels idarə edəcək.

Həmçinin, son 15 ildə ilk dəfə olaraq qaradərili hakim Premyer Liqa oyununu idarə edəcək - Sem Ellison dekabrın 26-da Şeffild - Luton Taun görüşündə işləyəcək.