İsrail əsgərləri İordan çayının qərb sahilindəki Cenin şəhərindəki basqınlar zamanı məscidi zəbt edib və səsgücləndiricilərdən yəhudi duaları oxuyublar.

"Unikal" xəbər verir ki, İsrailin ifrat sağçı naziri Ben-Qvir hücumu yüksək qiymətləndirib. İordaniya basqını “açıq təxribat” kimi qiymətləndirib və günahkarların cəzalandırılmasını tələb edib.

İsrail ordusunun əsgərləri ayaqqabıları ilə işğal etdikləri məscidə giriblər; Onlardan biri məscidin mehrabının qarşısında mikrofonu götürərək yəhudi duasını oxuyub.

Mikrofonu tutan əsgər yəhudilərin səhər və axşam oxuduqları "Şema Yisrael" (Ey İsraili dinlə) duasını oxuyub, dostları isə onu videoya çəkib.

Fanatik yəhudi qrupları sosial media hesablarında bu görüntüləri tərifləyərək paylaşarkən, məscidə qarşı hörmətsizlik bir çox sosial media istifadəçisinin böyük reaksiyasına səbəb olub.