İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Belçikada narkotik kartelinin rəhbəri Britaniya vətəndaşı Məhəmməd Zakir Miah və Vyetnamda axtarışda olan Çin vətəndaşı Çen Xuefeng İstanbulda yaxalanıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində məlumat paylaşıb 

Nazir, qırmızı bülletenlə axtarışa verilən şəxslərin İstanbulun Bağcılar səmtində ələ keçirildiyini açıqlayıb.